Rusiya ABŞ arasında artan gərginlik - Uduzan kim olacaq?

Hazırda oxunan: Rusiya ABŞ arasında artan gərginlik - Uduzan kim olacaq?

15117

“ABŞ siyasi elitası düşmən obrazını həmişə qüvvədə saxlayır. Çünki bu, həm hərbi xərclərin artmasına yol açır, digər tərəfdən amerikalılar bu qarşıdurma meyilləri əsasında özlərinin siyasi platformalarını qururlar. Dünya miqyasında özlərinin güclü olmasını təlqin edirlər. 

Bunun fonunda heç bir müharibədən danışmağa dəyməz. Emosional gedişdir, lakin hər halda olanlar ABŞ siyasi dairələrinə baş ucalığı gətirmir. Təhqiramiz yanaşmadır və bunun normal, sivil siyasi münasibətlər sistemində yeri yoxdur”. 

 

MÖVZU İLƏ BAĞLI:

Rusiya ABŞ-dakı səfirini geri çağırdı – Yeni müharibə anonsları? 


Bu fikirləri politoloq Tofiq Abbasov Bizim.Media-nın suallarını cavablandırarkən deyib. Tofiq Abbasov qeyd edib ki, Putinə qədərki Rusiya öz mövqelərini ABŞ-a uduzmuşdu. Kremlin revanşı yeni gerçəkliklər yaratmağa başladı: 

“Bir vaxtlar Amerika ilə münasibətlərin normallaşdırmaq adı altında Kreml bütün siyasi üstünlüklərini Ağ Evə təhvil verdi. Həmin vaxtlar ABŞ Avropa liqasında istədiyi kimi davranırdı. Yuqoslaviyanın bombalanması və s. nümunələr vardı. 

Zaman sübut etdi ki, bir qütblü dünya gözləntilərə cavab vermir. Vaşinqton həqiqətən də qaydaları kobud şəkildə pozaraq öz siyasətini yeridir. Ağ Ev Çin, Rusiya, İran, Venesuela, Kuba və digər ölkələrə sərt sanksiyalar tətbiq edir. Və bununla nəyə nail olurlar? Bununla amerikanlar iqtisadi münasibətləri şikəst vəziyyətə salırlar. Belə üsullarla rəqiblərinin problemlərini artırırlar.

Məsələn, Avropa Çin, İran və Rusiya ilə alış-veriş etmək istəyir (ticari münasibətləri gücləndirmək), ancaq sanksiyalar olduğundan və bu qadağaların bəziləri BMT TŞ-da təsdiqlənib qanun formasına düşdüyü üçün rəqiblərin özü inciyir, müəyyən əməkdaşlıqdan əl çəkirlər. 

Amma bütün bunlar Amerikanın vecinə deyil, halbuki özü də itirən tərəfdir. Proseslərin fonunda görürük ki, ABŞ-ın yeni administrasiyası qarşılıqlı anlaşmadan uzaqdır.

Düşünürəm ki, Baydenin bu davranışı (Ağ Ev rəhbərinin müsahibələrin birində Putini qatil adlandırması və s.) xoşagəlməzdir. Belə yanaşmalar, belə ifadələr (qatil) yersizdir. Siyasət özündə həm də diplomatik etikanın normaları ehtiva edir. 

Əgər hər hansı bir tərəf bunlara etinasız yanaşırsa, siyasi etika qaydalarına tüpürürsə bu, bəyənilməyən hadisədir”, - deyə Tofiq Abbasov cavabını tamamladı. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin