BMT-də ermənilərin “aclıq” iddiaları fotolarla susduruldu - FOTO/VİDEO

Hazırda oxunan: BMT-də ermənilərin “aclıq” iddiaları fotolarla susduruldu - FOTO/VİDEO

151158

“Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və orada yaşayan etnik ermənilər Azərbaycanın sakinləri hesab olunur”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

BMT Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyətlə bağlı təcili iclas KEÇİRİR - CANLI 


“Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir.

Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara riayət etməkdə sarsılmaz sadiqliyini nümayiş etdirir”, - deyə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi bildirib. 

Daha sonra Y. Əliyev Qarabağın erməni sakinlərinin “aclıq” və “səfalət” çəkdiklərinə dair iddialarını foto faktlarla ifşa edib:

“Mənim BMT-nin Ali Məclisinə təqdim etmək istədiyim başqa bir məsələ də var. Sosial şəbəkələr yerli ermənilərin müxtəlif yubileyləri, toyları, ad günlərini və digər xoş hadisələri qeyd edən müxtəlif videolarla doludur”.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistan XİN rəhbəri Ararat Mirzoyan "Aclıq görünməz soyqırım silahıdır və tədbirlər görülməsə, Qarabağdakı ermənilər məhv ediləcək" sözlərini demişdi. 
 




 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin