"Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi ikiüzlülüyün təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün bir neçə ay davam edən kampaniyanın bir hissəsidir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
BMT Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyətlə bağlı təcili iclas KEÇİRİR - CANLI
O qeyd edib ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır.
Bizim.Media