Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələr Ağdama səfər çərçivəsində Ağdam-Xankəndi yolunun üzərində inşa olunan Xaçın çayı körpüsündə olublar.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, onlar yolda aparılan tikinti işləri ilə tanış olublar.
Burada qonaqlara avtomobil yolu haqqında və Ağdam-Bərdə dəmir yol xətti barədə məlumat verilib.
Diplomatlara Ağdam-Xankəndi yolunda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazi göstərilib. Bildirilib ki, yollar humanitar məqsədlər üçün açıqdır. Bu yol Qarabağın dağlıq və aran hissəsini birləşdirən yoldur. Lakin təəssüflər olsun ki, ermənilər hələ də bu yolun açılmasına maneələr törədir.
Bizim.Media