Onkologiya xəstəliklərinin icbari tibbi sığortaya daxil edilməməsinin səbəbləri nədir?

Hazırda oxunan: Onkologiya xəstəliklərinin icbari tibbi sığortaya daxil edilməməsinin səbəbləri nədir?

151052

Onkoloji xəstələrin sayı illər keçdikcə artır. Bu xəstəliyin yaranmasının bir çox səbəbləri var. Lakin hazırda belə xəstələri narahat edən məsələlərdən biri də xəstəliyin müayinə və müalicəsi üçün göstərilən tibbi xidmətlərin icbari tibbi sığortaya daxil edilməməsidir. 

Həkim-onkoloq Fərid Müseyibov bunun səbəblərini Bizim.Media-ya açıqlayıb.

“Onkologiya xəstəliyinin əməliyyat və əməliyyatdan sonrakı xərcləri ağır olur. Bu səbəbdən onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə daxil edilməsi vacibdir. Bu qrup xəstələr də icbari tibbi sığorta hesabına müalicə edilməlidir. Belə olan halda, xəstəlikdən əziyyət çəkən insanları 10 minlərlə manat xərcdən xilas ediləcək”. 

Məsələ ilə bağlı İcbari Tibbi Siğorta Agentliyindən Bizim.Media –ya bildirildi ki, “Onkoloji yardım haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir”.

Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə 2550 sayda müxtəlif tibbi xidmətlər daxildir.

Görünür, zərfə onkologiya xəstəlikləri üzrə xidmətlərin də əlavə ediləcəyini gözləməkdən başqa yol yoxdur. 

Şəfəq Samed, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin