Rusiya Federasiyası Komi Respublikasının keçmiş kənd təsərrüfatı naziri Denis Şaronov ABŞ-dan siyasi sığınacaq istəyib.
Bizim.Media xatırladır ki, Şaronov 2022-ci ilin yanvarında nazir postunu tərk edib, həmin ilin oktyabrında çağırış vərəqəsi alıb, bundan sonra ABŞ-a köçüb və siyasi sığınacaq istəyib.
İndi eks-nazir ABŞ-da yük maşını sürücüsü işləyir, gələcəkdə kənd təsərrüfatı sahəsinə qayıtmaq niyyətindədir.
Denis Şaronovun sözlərinə görə, o, iki dəfə vətənində cinayət məsuliyyətinə cəlb edilib, lakin məhkəmə ona bəraət verib. O, qubernator Uiba ilə münaqişəyə görə 2022-ci ilin yanvarında nazir vəzifəsindən azad edilib.
Şaronov ABŞ-a getməyə qərar verib, çünki bu ölkədən heç kəs Rusiyaya ekstradisiya edilmir.
Bizim.Media