Azərbaycanın sərhəddə keçid məntəqəsini yaratmaq hüququ var - İrəvan Mətbuat Klubunun prezidenti 

Hazırda oxunan: Azərbaycanın sərhəddə keçid məntəqəsini yaratmaq hüququ var - İrəvan Mətbuat Klubunun prezidenti 

151032

"Azərbaycanın qonşu dövlətlə sərhəddə öz sərhəd-keçid məntəqəsini yaratmaq hüququ var".

Bizim.Media xəbər verir ki, bu fikirləri İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan UKRLIFE TV-yə müsahibəsində bildirib.

“Bu gün Ermənistan tərəfi davamlı olaraq istənilən bəyanatında, o cümlədən BMT Təhlükəsizlik Şurasına Qarabağdakı “humanitar böhran” məsələsinə baxılması çağırışının mətnində “qanunsuz keçid məntəqəsi” ifadəsini də ehtiva edir. Niyə qanunsuzdur? Niyə Azərbaycanın qonşu dövlətlə sərhəddə öz sərhəd-keçid məntəqəsi yaratmaq hüququ yoxdur.

Yəni bu cür ifadələrə, o cümlədən rəsmi sənədlərdə heç bir məntiq və heç bir hüquqi əsas görmürəm. Bu gün 24 yük maşını bu keçid məntəqəsində üç həftədən artıqdır ki, dayanır. Bu yük maşınları Qarabağ ermənilərinin humanitar problemlərini azaltmaq üçün sərhəd-keçid məntəqəsinədək irəliləyib. Niyə ora gediblər? Belə çıxır ki, Ermənistan hakimiyyəti bir çox məsələlərdə o qədər də səriştəli deyil və onların hərəkətlərini heç də həmişə məntiqli və konstruktiv qiymətləndirmək olmaz”, - deyə Navasardyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin