İrəvan xanının varisi: “Doğum günümə ən yaxşı hədiyyə İrəvanın sərhədində Ağrı dağına baxmaq oldu”

Hazırda oxunan: İrəvan xanının varisi: “Doğum günümə ən yaxşı hədiyyə İrəvanın sərhədində Ağrı dağına baxmaq oldu”

151030

Doğum günümə ən gözəl hədiyyə Naxçıvandan Ağrıdağ dağının mənzərəsi oldu.

Bizim.Media xəbər verir ki, bu fikirləri İrəvan xanının nəslindən olan Əmir Əli Sərdar İrəvani bildirib.

“Fürsətdən istifadə edərək demək istəyirəm ki, İrəvan və Naxçıvan Azərbaycandan ayrı düşüb. Naxçıvan Azərbaycanın qalan hissəsindən təcrid olunub. Təyyarə ilə bura uçanda İrəvanın, Göyçə gölünün üstündən uçurduq, mən də göydən dədə-baba yurdlarına baxırdım. Çox gözəl və eyni zamanda kədərli bir mənzərə idi. Təəssüf ki, buraya yalnız təyyarə ilə gələ bilərsiniz.

Zəngəzur dəhlizi ilə bura gəlmək üçün fürsət axtarırdım. Ancaq bunun qeyri-mümkün olduğu ortaya çıxdı. Bu dəfə təyyarə ilə gəldim, bəlkə növbəti dəfə maşınla gəlmək qismət olar", deyə o, qeyd edib.
İrəvani vurğulayıb ki, ermənilər onu bir neçə dəfə İrəvana dəvət ediblər:

“Əlbəttə, İrəvana getmək yaxşı olardı. Amma əcdadlarımın dağılmış evlərini görmək mənim üçün çox çətin olardı. Ona görə də ad günümə ən gözəl hədiyyə İrəvandan çox da uzaq olmayan Naxçıvanda Ağrıdağ dağını görmək oldu. Mən əcdadlarıma nə qədər yaxın olduğumu hiss etdim. Təsəvvür etmək çətindir ki, bir vaxtlar mənim əcdadlarım orada at belində düşmənlərlə vuruşublar. Burada olmaq çox gözəl hissdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin