Əməkdar artist Samirə Əliyeva Türkiyəyə tətilə yollanıb.
Bizim.Media xəbər verir ki, istirahət üçün aşıq Samirə turistlərin axın etdiyi Bodrumu seçib.
Sənətçi qaldığı lüks otelin təşkil etdiyi köpük əyləncəsinə qatılıb. Samirə həmin anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Aşıq Samirə paylaşımına "Layiqli istirahət" qısa şərhini yazıb.
Rəşad Əliyev, Bizim.Media