Bu gün Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində növbəti dəfə kütləvi məzarlıq aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
O bildirib ki, aparılan qazıntı işləri nəticəsində 17 şəxsə aid edilən sümüklər üzə çıxıb, onlardan 11-i bütöv, 6-sı isə skeletin hissələri şəklində tapılıb:
“Şuşa həbsxanası ərazisindəki çirkab quyusunda aşkarlanmış kütləvi məzarlıqla bağlı dəhşətli faktlardan biri də 6 nəfərin qalıqlarının qarın nahiyəsində mismarların aşkarlanmasıdır ki, bu da həmin şəxslərə bu üsulla işgəncə verildiyini göstərir. Eyni zamanda, qalıqlara keçirilən ilkin baxış zamanı həmin şəxslərin bədənləri üzərində güllələnmə izlərinin olduğu, müxtəlif küt zərbələr endirildiyi, kəsici-deşici alətlərdən istifadə edildiyi, habelə başlarının bədəndən ayrı olaraq dəfn edildiyi məlum olub.
Qeyd edək ki, Ermənistan tərəfindən işğal dövründə Şuşa həbsxanası ərazisində azərbaycanlı əsir və girovların saxlanılması, onlara işgəncələr verilməsi, qeyri-insani rəftara məruz qalmaları müxtəlif şahid ifadələri ilə təsdiqlənmişdir. Bundan öncə iyun ayında da Şuşa həbsxanası ərazisində insan qalıqları üzə çıxmışdı.
Bu faktlar Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətinin, əsir və girovlarla amansız rəftarının daha bir təzahürüdür. Təəssüf ki, beynəlxalq səviyyədə təzyiqlərin olmaması, uzun illər davam etmiş cəzasızlıq mühiti nəticəsində Ermənistan qanunsuz əməllərini rahatlıqla davam etdirir və dünya ictimaiyyətinin diqqətini öz dəhşətli əməllərindən yayındırmaq məqsədilə hazırda müxtəlif dairələrə müraciətlər ünvanlayaraq saxta iddialarını yeritməyə çalışır.
Ümumilikdə, azad edilmiş ərazilərimizdə bu günədək çoxsaylı kütləvi məzarlıqlar üzə çıxmış, 500-ə yaxın insan qalıqları tapılmışdır.
Ermənistan tərəfi isə kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırır. Buna baxmayaraq, hazırda aidiyyəti qurumlar tərəfindən Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi məqsədilə növbəti kütləvi dəfn yerlərinin aşkarlanması və müvafiq ekspertizaların aparılması istiqamətində işlər davam etdirilir.
Azərbaycan Ombudsmanı olaraq, itkin düşmüş soydaşlarımızın taleyi məsələsini dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldırmış, həmin şəxslərin ailələrinin uzun illərdir davam edən iztirablarına son qoyulması üçün bu mövzuda ölkəmizə dəstək verilməsi ilə bağlı müraciətlər etmişəm.
Bütün qeyd olunanları nəzərə alaraq, bir daha beynəlxalq təşkilatları aşkar edilən bu cür faktlara qəti reaksiya verməyə, nifrət cinayətlərinin təkrarlanmaması üçün zəruri tədbirlər görməyə, Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə məlumatların təqdim edilməsinə çağırmağa dəvət edirəm”, - o deyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:05 / 15.08.2023
Şuşada tapılan meyit qalıqlarında mismarlar AŞKARLANIB - RƏSMİ
Hazırda oxunan: Şuşada tapılan meyit qalıqlarında mismarlar AŞKARLANIB - RƏSMİ
Hazırda oxunan: Şuşada tapılan meyit qalıqlarında mismarlar AŞKARLANIB - RƏSMİ
150943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.