Martın 18-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində daha iki cavab oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, Londonun “Çelsi” klubu “Atletiko Madrid” komandasını qəbul edib.
İlk görüşdə 1:0 hesablı qələbə qazanan London təmsilçisi cavab görüşündə 2:0 hesabla üstün olub. Oyunda qolların müəllifi Hakim Ziyeş (34-cü dəqiqə) və Emerson (90+4) olub.
Günün digər qarşılaşmasında “Bavariya” Almaniyada “Latsio”nu sınağa çəkib. Romada rəqibini 4:1 hesabı ilə üstələyən Münhen təmsilçisi səfər matçında da rəqibini Robert Levandovskinin (33) və Maksim Şupo-Motinqin (73) qolları sayəsində üstələyib. "Latsio"nun yeganə qoluna isə matçın 83-cü dəqiqədə Marko Parolo imza atıb.
Beləliklə, "Bavariya" və "Çelsi" iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
Bundan əvvəl “Borussiya Dortmund”, “Portu”, “Liverpul”, “Mançester Siti”, “Real Madrid” və “Paris Sen-Jermen” klubları dörddəbir final mərhələsinə adlamışdı.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:47 / 18.03.2021
Çempionlar Liqası: daha iki komanda dörddəbir final mərhələsinə vəsiqə qazandı - FOTO
Hazırda oxunan: Çempionlar Liqası: daha iki komanda dörddəbir final mərhələsinə vəsiqə qazandı - FOTO
Hazırda oxunan: Çempionlar Liqası: daha iki komanda dörddəbir final mərhələsinə vəsiqə qazandı - FOTO
15092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.