Daha bir iş adamı Rusiyadan imtina etdi - DETALLAR

Hazırda oxunan: Daha bir iş adamı Rusiyadan imtina etdi - DETALLAR

150918

Rusiyalı milyarder Petr Aven Latviya vətəndaşlığından məhrum edilməklə hədələnib. 1955-ci ildə Moskvada doğulan, ata tərəfindən latış, ana tərəfindən yəhudi olan iş adamının isə buna reaksiyası sərt olub. Hazırda Latviyanın ən varlı sakini sayılan Aven Rusiyadan imtina edib və atasının tarixi vətəni olan Latviyanı “evim” adlandırıb.

Bizim.Media xəbər verir ki, Alfa-Bankın həmtəsisçisi Latviya vətəndaşlığından çıxarılacağı təqdirdə məhkəməyə müraciət edəcəyini deyib.

“Mən bir ildən artıqdır ki, Latviyada yaşayıram və Latviyanın vergi rezidentiyəm. 2022-ci ilin mart ayından etibarən Alfa qrupunun şirkətlərindəki bütün vəzifələrdən istefa verdim və bir ildir ki, Rusiya biznesimi satmaq prosesini başa çatdırmaq üçün Kipr hakimiyyətinin icazəsini gözləyirəm.
Oğlum da Latviya vətəndaşıdır və fəxrlə öz idman klubunun Latviya simvolunu taxır. Hesab edirəm ki, mən vətəndaşlığın ləğvinə haqq qazandıracaq heç bir hərəkət etməmişəm. Mənim ailəm tarixən Latviya ilə bağlıdır və onu öz evim hesab edirəm. Mənim qohumlarım 18-ci əsrdən bəri Jaunpiebalqava qəbiristanlığında dəfn olunublar”, - deyə iş adamı bildirib.

Xatırladaq ki, Latviyanın mövcud qanunvericiliyi digər dövlətlərin ərazi bütövlüyünün pozulmasını dəstəkləyən şəxslərin vətəndaşlıqdan məhrum edilməsinə icazə verir.

Milyarderin Rusiya və Lüksemburq vətəndaşlığı da var.

Qeyd edək ki, 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Avropa İttifaqının 27 ölkəsi, ABŞ, Böyük Britaniya, Kanada və bir sıra digər ölkələr ona qarşı şəxsi sanksiyalar tətbiq edib. 
2022-ci ildə Forbes onun sərvətini 4,3 milyard dollar dəyərində qiymətləndirib. Aven ən zəngin rus milyarderləri siyahısında 29-cu yerdədir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin