Azərbaycanın ixrac potensialı kəskin artıb - HESABAT

Hazırda oxunan: Azərbaycanın ixrac potensialı kəskin artıb - HESABAT

150912

Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ixrac potensialı getdikcə artmağa doğru gedib və 20 milyard 776 milyon 950.35 min ABŞ dolları dəyərində ixrac əməliyyatı həyata keçirib.

Bizim.Media Dövlət Gömrük Komitəsinin rüblük hesabatına istinadən xəbər verir ki, xarici ölkələrlə həyata keçirilən ümumi ticarət dövriyyəsinin həcmi 30 milyard 333 milyon 431.69 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə cəmi 274 milyon 522,01 min dolllar və ya 0,90 faiz çox olub.  
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın xarici dövlət borcu 6 576,9 milyon ABŞ dollarıdır - DETALLAR


Ötən il bu dövriyyə 30 milyard 058 milyon 909.68 min dollar dəyərində olub. 

Yerdə qalan 9 milyard 556 milyon 481,34 min dollar isə ixrac əməliyyatları ilə bağlıdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 062 milyon 661,91 min dollar və ya 21,59 faiz azdır. 

Builki xarici ticarət saldosu isə 11 milyard 220 milyon 469.01 min dollar təşkil edib ki, bu da ötən ilə nisbətən 3 milyard 850 milyon 801,81 min dollar və ya 25,55 faiz azdır. 2022-ci ilin eyni dövründə bu vəsaitlərin ümumi həcmi 15 milyard 071 milyon 270.82 min dollar səviyyəsində olub.

Rövşən Ziya, Bizim.Media   

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin