Los-Ancelesdə amerikalılar erməniləri Azərbaycanla yeni müharibəyə hazırlayırlar.
Bizim.Media Amerikanın KABC-TV telekanalının saytına istinadən xəbər verir ki, təlimə Los-Anceles dairəsi şerifinin axtarış-xilasetmə qrupunun əməkdaşı Mayk Leum rəhbərlik edir.
Leum həm də Qlendeyldə yerləşən Amerika Erməni Milli Təhlükəsizlik İnstitutunun (AANSI) üzvüdür. AANSİ-nin də üzvü olan Appo Cabaryanın sözlərinə görə, bu təlimlə onlar müharibəyə hazır olacaqlar.
Bu həftə 47 erməni təlim keçir. Bir neçə aydan sonra daha 100 nəfərin gələcəyi gözlənilir. Məqsəd 500 nəfəri “istənilən fövqəladə vəziyyətə” hazırlamaqdır.
Bizim.Media