Dünya Kuboku: Şahmatçımız bu gün 1/4 final mərhələsində ilk oyununu keçirəcək

Hazırda oxunan: Dünya Kuboku: Şahmatçımız bu gün 1/4 final mərhələsində ilk oyununu keçirəcək

150859

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda bu gün 1/4 final mərhələsinin ilk oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, 28 yaşlı qrossmeyster bu raundda Hindistan təmsilçisi Vidit Santoşla üz-üzə gələcək.

Abasov qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin