Bu Barədə Bizim.Media-nın sorğusuna cavab olaraq “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğundan məlumat verilib.
Bildirilib ki, ötən il pendemiya dövrü olduğu üçün paytaxtda Novruz şənliyi təşkil olunmadığı üçün simvolik atəş Bakıya gətirilmədi. Bu ildə bayram şənliyi olmayacağı üçün belə bir addım nəzərdə tutulmayıb.
Mədəniyyət Nazirliyindən də bildiriblər ki, bu il ölkədə Novruz şənliyi olmayacaq.
Qeyd edək ki, Novruz bayramı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz günü elan edib. Bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilib.
Hər il təşkil olunan şənlikdə Prezident İlham Əliyev “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğundan gətirilən, bayarın simvolu olan alovla tonqalıı alovlandırırdı.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 18.03.2021
Bu il Bakıya Novruz atəşi gətirilməyəcək – BAYRAM ŞƏNLİYİ OLMAYACAQ!
Hazırda oxunan: Bu il Bakıya Novruz atəşi gətirilməyəcək – BAYRAM ŞƏNLİYİ OLMAYACAQ!
Hazırda oxunan: Bu il Bakıya Novruz atəşi gətirilməyəcək – BAYRAM ŞƏNLİYİ OLMAYACAQ!
15084
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.