Qızmar havada kondisionersiz avtomobil idarə edənlərin NƏZƏRİNƏ - VİDEO 

Hazırda oxunan: Qızmar havada kondisionersiz avtomobil idarə edənlərin NƏZƏRİNƏ - VİDEO 

150837

Sürücülər isti havalarda diqqətli olmalıdır. 

Bizim.Media xəbər verir ki, xüsusilə isti havalarda kondisionersiz avtomobillərlə səyahətə çıxmaq ağır fəsadlara səbəb ola bilər. 

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, bir neçə gündür ki, ölkə ərazisində temperatur 40 dərəcə və daha yüksəkdir. Belə olan halda, asfalt qatının istiliyi 60-70 dərəcəyə qədər qalxır. Bu vəziyyətdə avtomobili pəncərəsi açıq şəkildə idarə etmək tövsiyə edilmir. 

Ekspertin sözlərinə görə, pəncərəsi açıq avtomobildə hərəkət edərkən qızmar hava axını insan bədənindəki mayeni azaldır, gözlərin qurumasına səbəb olur. Nəticədə  sükan arxasında halı pisləşən sürücü ağır qəzaya şərait yarada bilər. 
Ərşad Hüseynov əlavə edib ki, hətta bəzi ölkələrdə güclü istilər zamanı iritonnajlı avtomobillər əsas magistrallara buraxılmır. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda: 
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin