Ləğv edilmə prosesində olan “Ata Bank” Açıq Səhmdar Cəmiyyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Bizim.Media xəbər verir ki, “Ata Bank” qaldırdığı iddiasında “Azərsu” ASC-ni müqavilələrdən əmələ gələn öhdəliklərə əməl etməməkdə ittiham edir.
Belə ki, tərəflər arasındakı mübahisə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməməsi ilə bağlıdır və buna görə də aralarında razılıq əldə olunmur.
Qeyd edək ki, hakim Aytən Əliyevanın sədrliyi ilə iyulun 13-də və avqustun 1-də iki hazırlıq iclası keçirilsə də, heç bir nəticə olmayıb. Buna görə də növbəti məhkəmə baxışı sentyabrın 21-də, saat 11:00-da Bakı Kommersiya Məhkəməsində keçiriləcək.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:13 / 14.08.2023
“Ata Bank” “Azərsu”-yu məhkəməyə VERDİ – Kommunal ödənişlə bağlı razılıq ƏLDƏ OLUNMUR
Hazırda oxunan: “Ata Bank” “Azərsu”-yu məhkəməyə VERDİ – Kommunal ödənişlə bağlı razılıq ƏLDƏ OLUNMUR
Hazırda oxunan: “Ata Bank” “Azərsu”-yu məhkəməyə VERDİ – Kommunal ödənişlə bağlı razılıq ƏLDƏ OLUNMUR
150773
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.