Marketlərdə satılan ƏRİMİŞ ŞOKOLADLAR – TƏHLÜKƏLİDİRMİ? – FOTO  

Hazırda oxunan: Marketlərdə satılan ƏRİMİŞ ŞOKOLADLAR – TƏHLÜKƏLİDİRMİ? – FOTO  

150761

Marketlərdə istidən əriyən şokaladlara, yəqin ki, çoxumuz rast gəlmişik. Rəflərdə formasını itirən belə şokaladları  görəndə istər-istəməz həmin məhsulu almağa tərəddüd edirik. Qida  zəhərlənmələrinin artdığı dövrdə şokaladların bu şəkildə vitrində satılması isə narahatedici məqamdır. 

Bəs ərimiş şokaladları istehlak etmək nə dərəcədə təhlükəlidir?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bildirib ki, şokalad 20 dərəcədən yüksək temperaturda saxlanarsa, əriməyə başlayır.

Bu da məhsulun həm formasında, həm də tərkibində müəyyən dəyişikliklərin baş verməsilə nəticələnir:

“Ümumiyyətlə, şokalad keyfiyyətli məhsullardan, yəni kakaodan və təbii yağdan hazırlanıbsa bu zaman onun saxlanma müddəti, tünd şokaladdırsa 2 ilə qədər, südlü şokaladdırsa 1 ilə qədər olur. Lakin ağ şokalad 4 aya qədər saxlana bilər. Ancaq 20 dərəcədən az temperaturda saxlanması lazımdır. Təbii keyfiyyətli şokaladdırsa, və əriyib üzərində ağ təbəqə yaranıbsa, bu içindəki yağın üstə çıxması deməkdir. 

Əgər şokolad təzədirsə, yeyilə bilər. Ancaq bu gün satışda olan şokaladların əksəriyyətinin tərkibində az miqdarda kakao, daha çox bitki və spred yağları, eyni zamanda da emulqator, stalbizat, aromizator və bu kimi kimyəvi qatqı maddələri mövcuddür.

Belə şokaladlar əridikdə tərkibində kimyəvi reaksiyalar gedir ki, bu da insan orqanizmi üçün həddindən artıq çox zərərlidir. Hətta qida zəhərlənməsinə də gətirib çıxara bilər. Yaxşı olar ki, belə şokaladlar əriyibsə, artıq istifadə olunmasın’’

Mütəxəsis qeyd edir ki bu cür ərimiş formada şokoladları yeyən insanlar ani baş ağrıları, ürək bulanma qusma, hətta ishalla rastlaşır ki, bunu nəzərə alaraq, belə şokoladları yemək məsləhət görülmür:

“Əgər paketin tamlığında pozulma, yaxud şokaladın üzərində xarlamış şəkər kimi görüntülər varsa, bu artıq onun tərkibində dəyişiklik olduğu deməkdir. Şokaladdan zəhərlənməmək üçün yaxşı olar ki, həmin ərimiş formada satılan şokaladdan  çox istifadə olunmasın. Bəzən şokalad əridikdə və onun saxlanması zamanı mal qonşuluğu prinsipi pozulur və açıqda qalır. Bu zaman da onun rəngi və görüntüsündə dəyişiklik olur. Eyni zamanda iyində də xoşagəlməz qoxu olur ki, bu da onun xarab olmasının göstəricisidir. Mütləq şəkildə bunlardan uzaq durulmalıdır’’

M.Hüseynova onu da vurğulayıb ki, soyudulma sistemi düzgün təmin olunmayan marketlərdən şokolad almaq məsləhət görülmür: 

“Ümumiyyətlə, şokalad və digər qida məhsullarını alarkən üzərində etiket, markalanma qaydalarına diqqət yetirmək lazımdır. İstehsalçı şirkət və saxlanma qaydası, tərkibi haqqında geniş məlumat olmalıdır. İstehsal və son istifadə tarixi də göstərilməlidir. Bütün bu məlumatlara cavab verirsə və saxlanma şəraiti uyğundursa, yalnız bu zaman həmin məhsulu alıb istifadə etmək tövsiyə olunur”.








Röyanə Oğuz, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin