Urmiyada həmyerlilərimizin "Çeşmə başı" mərasimi - FOTO

Hazırda oxunan: Urmiyada həmyerlilərimizin "Çeşmə başı" mərasimi - FOTO

15076

İranın Urmiya şəhərində həmyerlilərimiz ilaxır çərşənbə ilə əlaqəli “Çeşmə başı” mərasimi keçiriblər.

Bizim.Media xəbər verir ki, həmyerlilərimiz sosial şəbəkə hesablarında paylaşım ediblər.

Bildirilib ki, milli geyimdə olan azərbaycanlı cütlük Urmunun şəhər çayında ənənəvi ayinləri yerinə yetiriblər. Cütlük “his almaq”, “şal sallamaq”, “təkəmçi”, “fallaşmaq" kimi qədim ənənəvi mərasimləri icra edərək, maskalar paylayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Urmiyanın meri həbs edildi - FOTO​​​​​​​


Mərasimi izləyənlərdən koronavirus epidemiyası ilə bağlı karantin qaydalarına əməl olunmasını tələb ediblər.  

Qeyd edək ki, Azərbaycan xalqının qədim inancına görə, ilin son çərşənbəsi səhər tezdən ənənəvi "Çeşmə başı" mərasimi keçirilir. İnsanlar əllərində kuzələr bulaq üstünə və çaylara gedirlər.

Suların hər il yenidən doğulduğuna inanan insanlar köhnə küzələri qırır və yenilərini təzə su ilə doldururlar.

Qədim inanca görə, bu ayinlər icra edilsə arzular çin olur, çətinliklər arxada qalır. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin