Naxçıvanda daha bir vəzifəli şəxs işdən azad OLUNDU 

Hazırda oxunan: Naxçıvanda daha bir vəzifəli şəxs işdən azad OLUNDU 

150718

Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov işdən azad olunub. 

Bizim.Media “nuhcixan.az”a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci müavini Azər Zeynalov Sərəncam imzalayıb. 

A.Zeynalovun digər sərəncamı ilə Həsən İbrahim oğlu Seyidov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini təyin edilib. 
O, eyni zamanda nazirin vəzifələrini də müvəqqəti icra edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin