İspaniya həndbol yığması Bakıda Avropa çempionatının qalibi oldu - FOTO

Hazırda oxunan: İspaniya həndbol yığması Bakıda Avropa çempionatının qalibi oldu - FOTO

150711

İspaniya yığması Bakıda keçirilən 17 yaşadək qız həndbolçular arasında Avropa çempionatının qalibi olub.

Bizim.Media xəbər verir ki, “buğalar” Bakı İdman Sarayında baş tutan final qarşılaşmasında Sloveniyanı 28:20 hesabı ilə məğlub edib.

Farer adalarını 32:27 hesabı ilə üstələyən Litva 3-cü, İsrailə 32:31 hesabı ilə qalib gələn Bosniya və Herseqovina 5-ci yeri tutub. 7-ci yer uğrunda matçda Yunanıstan Gürcüstandan güclü olub – 29:17. Azərbaycan millisi isə 10 komanda arasında sonuncu pillədə qərarlaşıb.
Matçlardan sonra mükafatlandırma mərasimi təşkil edilib. Tədbirdə çıxış edən Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi Ştefan Lövqren Bakıdakı qitə birinciliyinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. O, Azərbaycan Həndbol Federasiyasının (AHF) fəaliyyətini yüksək qiymətləndirib.

Turnirin ən yaxşı oyunçularına, yarışın hakimlərinə, EHF və AHF nümayəndələrinə hədiyyələr verildikdən sonra qalib komandaların üzvlərinə medallar təqdim olunub.

Mükafatları Ştefan Lövqren, Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov və baş katibi Yusif Atakişiyev veriblər.








Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin