Müğənni Zeynəb Həsəni və Talıb Tale Özbəkistanın Khiva şəhərində konsert proqramı ilə çıxış ediblər.
Bizim.Media xəbər verir ki, sənətçilər konsertdən əvvəl Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovla birgə şəhərin tarixi memarlıq və mədəniyyət abidələri ilə tanış olublar.
Müğənnilər ölkənin milli geyimlərini əyinlərinə geyinərək fotolar çəkdiriblər.
Axşam saatlarında isə Zeynəb və Talıb özbək pərəstişkarlarına musiqi ziyafəti veriblər. Onların konserti “Xorazm” televiziyası ilə canlı yayımlanıb.
Konsertdən sonra isə Zeynəb Həsəni Ozodbek Nazarbekov tərəfindən təltif olunub.
Rəşad Əliyev, Bizim.Media