İran teraktına görə məsuliyyəti İŞİD terrorçuları öz üzərinə götürdü

Hazırda oxunan: İran teraktına görə məsuliyyəti İŞİD terrorçuları öz üzərinə götürdü

150674

İŞİD terror qruplaşmasının üzvləri İranın Fars əyalətinin Şiraz şəhərində Şah-Çerağ məqbərəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Press TV-nin məlumatına görə, hücum edənlərin sayı 2 nəfər olub. Onlardan biri hücumdan dərhal sonra saxlanılıb, ikincisi isə ərazidən uzaqlaşıb.

Xatırladaq ki, İran KİV-də 4 nəfər öldüyünə dair məlumat yayılsa da, yerli orqanlar hələlik ancaq bir itkini təsdiqləyiblər. İran rəsmiləri bu hücumu terror aktı kimi qiymətləndiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin