Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda beşinci turun ikinci klassik partiyası (kişilər arasında 1/8 final, qadınlar arasında 1/4 final) keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasovun dünya çempionatının 1/8 final mərhələsindəki rəqibi Saleh Salemdir (BƏƏ). Beşinci turun ilk klassik partiyasında Nicat Abasov Saleh Salem üzərində qələbə qazanıb.
Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb.
Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.
FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.
FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:14 / 13.08.2023
Bakıda şahmat üzrə Dünya Kuboku: 5-ci turun 2-ci partiyası keçirilir
Hazırda oxunan: Bakıda şahmat üzrə Dünya Kuboku: 5-ci turun 2-ci partiyası keçirilir
Hazırda oxunan: Bakıda şahmat üzrə Dünya Kuboku: 5-ci turun 2-ci partiyası keçirilir
150637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.