Türkiyə ilə meşə təsərrüfatı sahəsində sənəd imzalandı

Hazırda oxunan: Türkiyə ilə meşə təsərrüfatı sahəsində sənəd imzalandı

15061

Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri ilə görüşüb.

 

MÖVZU İLƏ BAĞLI:

Türkiyənin təcrübəsi Azərbaycanda tətbiq ediləcək - FOTO


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim.Media-ya görüşdə meşələrin mühafizəsi, su ehtiyatlarının idarə edilməsi, iqlim dəyişmələri təsirlərinin azaldılması, hidrometeorologiya və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin, görüş çərçivəsində iki nazirlik arasında meteorologiya və meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun tətbiqinə dair İkiillik (2021-2023-cü illər) İş Proqramları imzalanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin