Səbinə Əliyevadan erməni ombudsmana layiqli CAVAB

Hazırda oxunan: Səbinə Əliyevadan erməni ombudsmana layiqli CAVAB

15052

Xəbər verdiyimiz kimi bu yaxınlarda Ermənistanın ombudsmanı Arman Tatoyan Azərbaycanı pandemiya şəraitində Qarabağa və Ermənistana geniş miqyaslı silahlı hücumlar edərək insanlığa qarşı cinayətlər törətməkdə günahlandırıb.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, erməni ombudsman bu barədə Facebook səhifəsində yazaraq, dünya birliyindən Azərbaycanı törətdiyi hərbi cinayətlərə görə cəzalandırılmasını tələb edib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkklili Səbinə Əliyeva Bizim.Media-ya açıqlamasında bildirib ki, erməni ombudsmanı növbəti dəfə qərəzli mövqedən çıxış edərək, ombudsman statusuna uyğun olmayan siyasi bəyanatlarla Azərbaycan tərəfinə əsassız ittihamlar irəli sürüb: 

 

MÖVZU İLƏ BAĞLI:

Ombudsman bəyanat yaydı: "Beynəlxalq təşkilatları təcili tədbir görməyə çağırıram"


“Bundan əvvəl də siyasi bəyanatlarla çıxış edən Ermənistan Ombudsmanının bu bəyanatı da təəccüb doğurmur və siyasi tapşırıqlara xidmət etdiyini və bundan əvvəl bizim müvafiq beynəlxalq təşkilatlara ünvanladığımız hesabat, müraciət və bəyənatları, o cümlədən çağırış və açıq məktubları təkrarlamağa çalışdığını görtərir.

Belə ki, biz dəfələrlə Ermənistanın Azərbaycanın ərazilərini 30 ildən artıq işğal altında saxlama faktını, Ermənistanın pandemiya dövründə yeni torpaq iddiaları ilə Azərbaycana qarşı təxribat yönümlü hərbi hücumları barəsində öz faktaraşdırıcı missiya hesabatları, bəyanatları, müraciətləri və açıq məktubları vasitəsilə beynəlxalq qurumlar qarşısında məsələlər qaldırmışıq”.

Ombudsman həmçinin Arman Tatoyana Azərbaycanın Ermənistan ordusunun təxribatçı hücumlarına qarşı əks-hərbi əməliyyatlar keçirərək təcavüzə son qoyduğunu və Azərbaycanın işğal olunan ərazilərini azad etdiyini xatırladıb.

O, qeyd edib ki, 44-günlük Vətən Müharibəsi dövründə Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq, Azərbaycanın hərbi və mülki obyektlərini, habelə mülki əhalisinə  fərq qoymadan beynəlxalq şəkildə qadağan edilmiş silahlardan istifadə edərək atəşə tutub. 

“Bundan başqa Azərbaycan dəfələrlə qadın, uşaq, qocalar da daxil olmaqla, silahsız və günahsız əhalini qətlə yetirməsini, əsir düşmüş azərbaycanlı hərbi qulluqçulara və uzun müddət girovluqda saxladığı mülki şəxslərə amansız işgəncələr verməsi faktını əyani dəlillərlə sübut edib".

"Biz bu gün də öz missiyamızı davam etdirərək, Ermənistanın beynəlxalq qanunlara məhəl qoymadan törətdiyi müharibə cinayətləri haqqında dünya ictimaiyyətini məlumatlandırmağa çalışırıq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin