Ukrayna Krım körpüsünü vurub və bu səbəbdən körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Krımın Rusiya tərəfindən təyin olan rəhbəri Sergey Aksyonov bildirib ki, ərazidə hava hücumundan müdafiə sistemi işə salınıb:
"Kerç boğazı ərazisində hava hücumundan müdafiə qüvvələri Ukraynanın iki raketini vurub. Krım körpüsünə ziyan dəyməyib".
Bizim.Media