Qərbin “SANKSİYASI” – Almaniya texnikalarının İranda nə işi VAR?

Hazırda oxunan: Qərbin “SANKSİYASI” – Almaniya texnikalarının İranda nə işi VAR?

150484

“Son bir neçə gündür “Bosch” şirkətinin 2016-2018-ci illərdə İrana satdığı müşahidə kameralarının fars-molla rejimi tərəfindən ölkə ərazisində qadınların təqibi prosesini gücləndirilməsi məqsədilə istifadə etməsinə dair qalmaqallı xəbərlər Qərbin insan hüquq və azadlıqları ilə bağlı ikili yanaşmalarını yenidən gündəmə gətirdi. 

Almaniya kimi faşist ideologiyasının dağıdıcı nəticələri ilə uzun illər mübarizə aparmış və bugün demokratik dəyərlərin daşıyıcısı olaraq qlobal sistemdə nüfuz qazanmış bir ölkəni təmsil edən Bosch şirkətinin belə addım atması əslində maraqlar və dəyərlər arasında dilemma yarandığı zaman dəyərlərin necə asanlıqla gözardı edildiyini bir daha nümayiş etdirmiş oldu”. 

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, xüsusilə bir məsələni nəzərə almaq lazımdır ki, istehsal olunan texniki avadanlıqların İran ərazisində hansı məqsədlərlə istifadə edilə biləcəyini proqnozlaşdırmaq “Bosch” kimi qlobal bir şirkət üçün heç də çətin olmamalı idi:
“Hətta şirkət əməkdaşlarının 2017-ci ildə Tehranda video müşahidə üzrə təlim kursu keçməsi faktı da sənədlərlə ifşa olunub. Bu proseslərin İrana qarşı sanksiyaların yumşaldığı dövrə təsadüf edib-etməməsindən asılı olmayaraq, həmin vaxtdan bugünə qədər İranda təqibə olunan, həbs edilən, işgəncələrə məruz qalan, edam edilən bütün qadınların hüquqlarının tapdalanmasında bilavasitə bu şirkətin də əli olduğunu istisna etməməliyik. 

Belə olan halda, birləşmiş Qərbin ikili standartlarının və selektiv yanaşmalarının hökm sürdüyü qlobal sistem daxilində bərabərlikdən, insan hüquq və azadlıqlarından danışmaq artıq öz əhəmiyyətini itirmiş olur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin