Aprel ayından etibarən Nigeriyanın 10 əyalətində ümumilikdə 34 min 983 nəfər daşqınlardan əziyyət çəkib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) Planlaşdırma, Tədqiqat və Proqnozlaşdırma Direktoru Fatimə Kasim məlumat verib.
O qeyd edib ki, güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 7353 nəfər məcburi şəkildə köçürülüb, 1679 ev dağılıb, 866 hektar ərazi tamamilə zərər görüb.
Eyni zamanda, sel nəticəsində beş nəfərin həyatını itirdiyi, indiyədək isə 75 nəfərin yaralandığı qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:46 / 11.08.2023
Nigeriyada bu il 7 mindən çox sakin daşqınlar nəticəsində evlərini tərk edib
Hazırda oxunan: Nigeriyada bu il 7 mindən çox sakin daşqınlar nəticəsində evlərini tərk edib
Hazırda oxunan: Nigeriyada bu il 7 mindən çox sakin daşqınlar nəticəsində evlərini tərk edib
150431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.