“Seçki kampaniyası dövründə Bayden prezident Tramp tərəfindən tətbiq olunan məhdudlaşdırıcı immiqrasiya siyasətinin sürətlə və ciddi şəkildə dəyişdiriləcəyinə söz verirdi.
Bayden 1 İyun tvitində də ABŞ-da qanunsuz yaşayan təxminən 11 milyon insan üçün "vətəndaşlığa aparan açıq bir yol xəritəsi"ni əhatə edən qanun layihəsini prezident olacağı "ilk gündə" Konqresə göndərəcəyini bildirib.
Bundan başqa o, "Dreamers"-Xəyalpərəstlər adı ilə tanınan "Uşaqlıqdan Gələnlər üçün Təxirə salınmış Addım" –DACA proqramında gənc miqrantların daimi müdafiəsini təmin edəcəyini söz verib.
Bayden vitse-prezident olduğu vaxtlarda keçmiş prezident Barak Obama tərəfindən başladılan bu proqram hazırda təqribən 645 min insanın deportasiyadan qorunmasına və bəzi imtiyazlara imkan verir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Yeganə Hacıyeva Co Baydenin immiqrantlarla bağlı son çıxışını şərh edərkən bildirib.
MÖVZU İLƏ BAĞLI:
“ABŞ-ın Cənubi Qafqazda güvənə biləcəyi tək güc Türkiyədir”- Bəs Co Bayden nə istəyir?
Onun sözlərinə görə Bayden qalib gəlmək üçün immiqrantlardan istifadə edib.
İndi isə onlara “ABŞ-a gəlməyin” deyərək axının qarşısını saxlamaq üçün tədbir planı hazırlayır. Əslində o miqrasiya qaydalarının sadələşəcəyi barədə verdiyi vədlər səsvermə zamanı immiqrantların səsini qazanmaq üçün olub.
“O, Trampın bir çox qərarını ləğv edəcəyinə bildirdiyinə baxmayaraq, islahatların həyata keçirilməsi daha uzun vaxt tələb olunur kimi izahla vədlərinin cuzi hissəsini həyata keçirdi.
Vitse-prezident Kamala Harris yanvarda administrasiyasının vətəndaşlıq üçün gözləmə müddətinin azaldılması və DACA proqramının iştirakçıları, habelə Müvəqqəti Müdafiə Statusu -TPS alanlara "avtomatik olaraq yaşıl kartlar"ın verilməsini təklif edib.
Qeyd edim ki, Müvəqqəti Müdafiə Statusu deportasiyadan müdafiə və təbii fəlakətlərdən və ya silahlı qarşıdurmalardan əziyyət çəkən ölkələrdən insanlara iş icazəsini nəzərdə tutur, və Trampın qərarı ilə o dayandırılmışdır.
Lakin bu günə qədər nə Bayden nə də Kamala Harris öz vəd etdikləri təklifləri həyata keçirməyib”.
Ümumiyyətlə bu mübarizəyə səbəb nədir? Dövlət özünü niyə bu cür addımlar atmağa məcbur sayır?
Politoloq seçki kampaniyası ərəfəsində, nəticələrə məhkəmədə baxıldığı zamanlarda və Baydenin öz sələfinin immiqrasiya siyasətini kəskin dəyişəcəyinə ümid yaratdığı üçün ABŞ-a çox milyonluq yeni miqrant köçü başladığını vurğulayıb.
Y. Hacıyeva hələ o zamanlarda da ciddi analitiklərin Baydenin verdiyi bu vədlərin yerinə yetirəcəyi ilə bağlı ciddi şübhələri olduğunu da vurğulayıb.
“Çünki pandemiya dövründə və ABŞ da olan miqrantların ölkədə qalması üçün iqtisadi və hüquqi rıçaqlar zəif olması səbəbilə insan karvanının ABŞ a belə rahat buraxılacağına şübhə doğururdu.
Bu mülahizələr miqrasiya siyasətində özünü doğrultmaya başladı. ilk mətbuat konfraslarının birində Psaki bildirdi ki, immiqrantların əksəriyyətinə elə sərhəddə rədd cavabı veriləcək”
Politoloqun sözlərinə görə miqrasiya axınının qarşısını almaq üçün Bayden adminstrasiyasının mesaj verdiyi “açıq sərhəd siyasəti” ABŞ-Meksika sərhədində humanitar böhran yarandıb. Yeni adminstrasiya çıxış yolunu “ABŞ-a gəlməyin” , “ABŞ-a gəlmək üçün indi uyğun vaxt deyil” kimi mesaj verməkdə görür.
Qeyd edək ki, fevral ayında Meksika sərhədində təxminən 100.000 miqrant tutulub.
Bu son 15 ilin rekord göstəricidir. Azyaşlı və yetkinlik yaşına çatmayan miqrantların sayında isə 25 % artım var.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden ABC News”a müsahibə zamanı ölkəyə gələn qeyri-qanuni immiqrantları geri göndərdiklərini bildirib.
Vüsalə Balayeva, Bizim.Media