Bakıda daha 3 məktəb bağlandı – RƏSMİ 

Hazırda oxunan: Bakıda daha 3 məktəb bağlandı – RƏSMİ 

15040

Paytaxtda 3 məktəb distant tədrisə keçib.

Bu barədə Bizim.Media-ya Bakı şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda koronavirusa daha 840 nəfər yoluxdu - 9 nəfər öldü


Onun sözlərinə görə, paytaxtdakı 39, 59 və 98 nömrəli tam orta məktəblərin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Belə ki, 98 nömrəli tam orta məktəbdə çalışan 1 müəllimin, 39 nömrəli tam orta məktəbdə çalışan 2 müəllim, 1 direktor müavini və bir texniki işçinin, 59 nömrəli tam orta məktəbin isə direktorunun COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəblərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Məlum olduğu kimi, paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası və məktəb kollektivlərinin sağlamlığının daha etibarlı qorunması üçün 50 və daha yuxarı yaşda olan pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir.

Sağlamlıqlarına həssas yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.

Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 316 ümumi təhsil müəssisəsində 455 994 şagirdin təlim-tərbiyəsi ilə 28 354 müəllim məşğul olur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin