“Vaqner” Rusiyaya qayıda bilər

Hazırda oxunan: “Vaqner” Rusiyaya qayıda bilər

150347

“Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri Belarusu tərk edərək Rusiyaya qayıda bilərlər. 

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Amerika Müharibələrin Tədqiqatı İnstitutu məlumat yayıb. 

Bildirilib ki, bunun baş verməsi Rusiya Prezidenti Vladimir Putinlə Yevgeni Priqojin arasında razılaşmaların pozulmasına gətirib çıxara bilər. 

“Vaqner” döyüşçüləri Belarusdan geri çəkilmənin birinci mərhələsini həyata keçirirlər. İndi onların 500-dən 600-ə qədər üzvünün Krasnodar, Voronej və Rostov vilayətlərinə köçürüldükləri iddia edilir. İkinci mərhələnin isə avqustun 13-dən sonra başlanması nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin