Xaricə pul göndərilməsində MƏHDUDİYYƏT – Yeni qərar NƏLƏRİ DƏYİŞƏCƏK? 

Hazırda oxunan: Xaricə pul göndərilməsində MƏHDUDİYYƏT – Yeni qərar NƏLƏRİ DƏYİŞƏCƏK? 

150295

Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 28 iyul tarixli 38/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilib. 

Dəyişikliklərə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib və köçürmə formasından (hesab açmadan və ya hesab vasitəsilə) asılı olmayaraq 20000 (iyirmi min) ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilib.

Həmçinin, fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub.

Mərkəzi Bankın bu qərarını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında, bunun ölkə ərazisindən xaricə pul köçürmələrinə daha ciddi nəzarətin edilməsi üçün qəbul olunduğunu söylədi.

“Mərkəzi Bankın əsas məqsədi, çirkli və korrupsiya yolu ilə əldə edilmiş pullarla mübarizənin təmin edilməsidir və məsələyə bu aspektdən yanaşılır.

Buna görə də müəyyən limitlərin qoyulması nəzərdə tutulur. Məsələnin məntiqi izahı da bundan ibarətdir. 

Amma istənilən halda, bəzi problemlərə səbəb olacaq və sadə vətəndaşlara daha çox təsir edəcək. Elə insanlar var ki, Bakıda və ya hansısa rayondakı evini və mənzilini satır ki, Türkiyədə, Gürcüstanda, yaxud başqa bir ölkədə özünə həmin məbləğə yeni ev alsın.

Bundan sonra həmin vətəndaşlar nə etməlidir? Hər ay 20 min manat köçürməlidir? Əslində bu, qeyri-leqal pul köçürmələrinin həcmini artıracaq. 

Bu gün hamı bilir ki, Azərbaycanda müəyyən faizlə ödənişlər etməklə qeyri-leqal, əldən-ələ, cibdən-cibə pul köçürmələri həyata keçirilir. Bakıda elə şəbəkələr var ki, kimlərdənsə pulları qəbul edir və həmin şəxslər xarici ölkələrə getdikdən sonra geri qaytarırlar”. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin