“Ermənilər yeni təxribat planları üzərində baş sındırır” – Elman Nəsirov 

Hazırda oxunan: “Ermənilər yeni təxribat planları üzərində baş sındırır” – Elman Nəsirov 

150281

“44 günlük müharibədən sonra Ermənistan hələ də özünə gələ bilmir. Və isterik vəziyyət bu gün də davam edir. Ermənilər anlaqsız şəkildə müxtəlif yollara əl atır, Azərbaycanın günbəgün artan müqavimətini dayandırmaq üçün hər vasitədən istifadə edirlər. 

Fikir verin son 10 gündə ermənilər əvvəlcə “TIR” şousu qurdular. Bunun ardınca avtobus şousu oldu. Ötən gündən başlayaraq isə mitinqlərə əl atırlar. Buna baxmayaraq, ermənilərin bütün cəhdləri uğursuzluqla yekunlaşır. Sonuncu cəhd - mitinq şousu da uğurlu alınmadı. Bütün cəhdlərə baxmayaraq “mitinq”ə 150-dək erməni gəlmişdi”.

Bunu Bizim.Media-ya açıqlamasında Ermənistandakı son durumu dəyərlədirən millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, Paşinyan nə Ermənistanı, nə də ki, siyasi prosesləri idarə edə bilmir:

“Həm revanşistlər, həm ultramillətçilər, həm də xarici qüvvələr addımbaşı Paşinyanın mövqeyinə zərbə vurur, onun konkret qərarlar verməsini əngəlləyirlər.

Günü-gündən artan təxribatlar hesabına maraqlı qüvvələr çalışır ki, Ermənistanla Azərbaycan arasında imzalancaq sülh sazişini əngəlləsinlər, ən pis halda isə danışıqlar prosesi ləngisin. Və bunun hesabına da Azərbaycana qarşı təzyiqlərlə Qarabağ üçün hansısa səviyyədə status əldə etmək istəyirlər. 
Halbuki, bir zamanlar bu bədnam qüvvələr Qarabağın Ermənistana birləşdirilməsindən və yaxud müstəqil “Artsax” dövlətindən dəm vururdular. İndiki halda isə onların son ümidi Qarabağa hansısa səviyyədə status qazandırmaqdır.

Çünki, ən azı son 35 ildə erməni ideoloqları və onların xarici havadarları barbar bağırıblar ki, “dənizdən-dənizə Böyük Ermənistan” yaradacaqlar. Bunun üçün də milyardlarla vəsait yeyilib, dağıdılıb. Həmin milyardları dağıdanlar bu gün erməni xalqı qarşısında hesab verməmək üçün yeni-yeni təxribatlara qol qoyurlar”.

Elman Nəsirov həqiqətin göz qarşısında olduğunu bildirib:

“Ermənilər təxribatlar haqqında baş sındırır, Azərbaycan isə daha ali və ülvi məqsədlərin reallaşmasıyla məşğuldur. Bu məqsədlərdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, digəri isə Azərbaycan ordusunun daha da gücləndirilməsidir”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin