Türkiyə Patriot və S-400-ün rəqibini yaratdı - VİDEO

Hazırda oxunan: Türkiyə Patriot və S-400-ün rəqibini yaratdı - VİDEO

150277

Türkiyə Silahlı Qüvvələri yerli uzaqmənzilli hava hücumundan müdafiə sistemi olan SIPER-i Qara dənizdə sınaqdan keçirəcək.

Bizim.Media “Türkiyə Gazetesi” nəşrinə istinadən xəbər verir ki, bununla bağlı səlahiyyətlilər ölkə hüdudunda olan dənizin 850 kilometrlik hissəsini uçuşlar üçün qapalı zona elan ediblər.

HİSAR-U sistemi üçün Müdafiə Nazirliyinin nəzdində yaradılmış mərkəzdə SİPER hava hücumundan müdafiə sisteminin atəş sınaqları həyata keçiriləcək.

Sınaq nəticələri müsbət olarsa, SIPER hava hücumundan müdafiə sistemi qırıcı və qanadlı raketlər kimi hava hədəflərinə qarşı istifadə ediləcək.

O, həmçinin hava-yer hədəflərini, sonrakı mərhələlərdə isə ballistik raketləri məhv edə bilər. Bundan əlavə, SIPER sistemində bir neçə növ raket olacaq. 

Keçmiş sınaqlarda SIPER 90 kilometrdən çox məsafədə hədəfi məhv edərək öz rekordunu qırıb.

Türkiyənin hava hücumundan müdafiə sisteminin sınaqları Ukraynadakı müharibə, Afrikadakı daxili iğtişaşlar, Suriya və İran problemləri fonunda ölkəni müdafiə etmək üçün nəzərdə tutulub.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin