İranda etirazlar zamanı QƏTLƏ YETİRİLƏNLƏRİN şəxsiyyəti müəyyən edilib

Hazırda oxunan: İranda etirazlar zamanı QƏTLƏ YETİRİLƏNLƏRİN şəxsiyyəti müəyyən edilib

150240

İranda keçirilən etirazlar zamanı rejimin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilən 372 aksiya iştirakçısının şəxsiyyəti müəyyən edilib.

Bizim.Media xəbər verir ki, məlumatı “Radio Farda” yayıb.

Bildirilib ki, onların 58-i 18 yaşadək olan uşaq və yeniyetmə, 33 isə qadınlardır.

Məlumata görə, İranın 31 əyalətindən 25-də rejim qüvvələrin öldürdüyü etirazçıların kimliyi müəyyən edilib.

Bildirilib ki, ən çox qətlə yetirilənlər üzrə Sistan və Bəlucistan əyaləti birinci yerdədir. Bu bölgədə rejimin hərbi polis qüvvələrinin qətlə yetirdiyi 108 nəfərin kimliyi müəyyən edilib. Sonrakı yerdə Qərbi Azərbaycan (47 nəfər), Tehran (44 nəfər) və s. gəlir.

Hüquq müdafiəçilərinin apardığı araşdırmalara əsasən, aksiya zamanı öldürülən etirazçıların sayı 500-dən çox olub.

Xatırladaq ki, 2022-ci ilə sentyabrın 17-də İranda rejimin tətbiq etdiyi hicab qaydalarına etiraz olaraq kütləvi nümayişlər, yürüşlər keçirilib. Aksiyalarda Tehran hakimiyyəti əleyhinə “Diktatora ölüm!”, “Bu hakimiyyət batildir, Xamenei qatildir!”, “Azadlıq, Ədalət, Milli hökumət”, “Qadın, Azadlıq, Ədalət!” və başqa şüarlar səslənib. Aksiyalar hələ də davam edir. Hakimiyyət hicab qaydaları ilə bağlı yeni qanun layihəsini müzakirə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin