Gürcüstanda daha bir torpaq sürüşməsi: Çayda suyun səviyyəsi qalxdı

Hazırda oxunan: Gürcüstanda daha bir torpaq sürüşməsi: Çayda suyun səviyyəsi qalxdı

150213

Gürcüstanın daha bir bölgəsində torpaq sürüşməsi olub. Təbii fəlakət avqustun 9-da Sameqrelo-Zemo (Yuxarı) Svaneti bölgəsinin Tsalendjixa rayonunda baş verib. Nəticədə Tebene çayının qarşısı kəsilib və çayda suyun səviyyəsi qalxmağa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Sameqrelo-Zemo Svaneti bölgəsinin qubernatorunun administrasiyası məlumat yayıb.

Bildirilib ki, hələlik ciddi təhlükə yoxdur, amma sürüşmə davam edərsə, problem yaranacaq.

Qeyd edək ki, avqustun 3-də Gürcüstanın Raça-Leçxumi-Kvemo (Aşağı) Svaneti bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində 21 nəfər həlak olub, 12 nəfərin axtarışları hələ də davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin