Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MİT-dəki 13 illik xidmətlərinə görə xarici işlər naziri Hakan Fidana “Dövlətdə üstün xidmət medalı” ilə təltif edib.
Bizim.Media xəbər verir ki, Ərdoğan Fidana bu fəxri medalı Milli Təhlükəsizlik Şurasının iclası zamanı təqdim edib.
Hakan Fidan öz növbəsində Ərdoğana bu etimada görə təşəkkür edib: “Mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından bu medalı alıram”.
Qeyd edək ki, toplantıda təqaüddə olan komandirlərə də hədiyyələr təqdim edilib.
Bizim.Media