Laçında daha 100-dək ailənin məşğulluğuna dəstək GÖSTƏRİLİR – FOTO

Hazırda oxunan: Laçında daha 100-dək ailənin məşğulluğuna dəstək GÖSTƏRİLİR – FOTO

150125

Böyük Qayıdış proqramı üzrə Laçın şəhərinə köçürülən sakinlərin məşğulluq imkanlarının müəyyənləşdirilərək müvafiq dəstək göstərilməsi işləri davam edir. 

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Laçına köçürülən ailələrdən daha 100-dək ailə ilə görüşüblər. Həmin ailələrin üzvlərinin məşğulluq imkanlarının müəyyənləşdirilməsi istiqamətində ilkin söhbətlər aparılıb. 

Aktiv məşğulluq proqramları (özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, işədüzəltmə tədbirləri və s.) barədə onlara məlumatlar verilərək, bu proqramlar çərçivəsində onların məşğulluğuna dəstək işlərinə başlanıb. 
Ümumilikdə Agentliyin nümayəndələri Laçına köçürülmüş ailələrdən artıq 150-dək ailə ilə görüşərək məşğulluq imkanlarının qiymətləndirməsini aparıb və nəticəsinə uyğun məşğulluq tədbirləri həyata keçirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin