Nazirliyin 2 əməkdaşına atəş açan şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Nazirliyin 2 əməkdaşına atəş açan şəxs MƏHKƏMƏ QARŞISINDA

150119

Xəbər verildiyi kimi, cari il mayın 18-də Ağstafa su anbarının Qazax rayonunun Cəfərli kəndi ərazisinə düşən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarına odlu silahdan atəş açılması faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qazax rayon prokurorluğu yayıb.

İstintaqla qeyd edilən idarənin əməkdaşları - Yaşar Məmmədov və Cəbi Məmmədhüseynovun xidməti vəzifələrini yerinə yetirərək həmin su hövzəsindən qanunsuz balıq ovu üçün nəzərdə tutulan torları yığan zaman Fərman Mustafayevin onlara odlu silahdan atəş açaraq müqavimət göstərməsi və nəticədə Yaşar Məmmədovun xəsarət almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Fərman Mustafayevə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin