Bakıda evdən külli miqdarda pul və qızıl OĞURLANDI 

Hazırda oxunan: Bakıda evdən külli miqdarda pul və qızıl OĞURLANDI 

150118

Bakıda evdən 8500 manat, 11000 dollar və 13000 manatlıq qızıl oğurlanıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, avqustun 4-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 8500 manat, 11000 dollar pul və 13000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. 

Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Abbas Ələkbərov müəyyən olunaraq saxlanılıb. 
Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin