Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən işğaldan azad olunan Laçın, Füzuli və Zəngilan rayonlarına köçürüləcək ailələrin tibbi müayinələri aparılıb.
TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, ümumilikdə, 186 ailə (705 nəfər) müayinələrə cəlb olunub.
Biokimyəvi laborator analizlər, döş qəfəsinin rentgenoskopiyası (flüoroqrafiya), elektrokardioqrafiya (EKQ), tam abdominal USM müayinələri həyata keçirilib.
Bizim.Media