"Vəziyyət o həddə çatıb ki, hətta Arayik Arutyunyan (Qarabağdakı qondarma rejimin "rəhbəri") da Nikol Paşinyanı ittiham edir.
Bizim.Media xəbər verir ki, bu fikirləri erməni politoloq Beniamin Matevosyan Alpha News-un canlı efirində Arutyunyanın müsahibəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Arayik Arutyunyan dolayısı ilə Ermənistanı ittiham edib ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın 9-cu bəndini yerinə yetirmir və bu baxımdan regionda kommunikasiyaların açılması məsələsi dalana dirənib, bu da "Arsax"dakı (qondarma rejimi nəzərdə tutur) hazırkı vəziyyətə birbaşa təsir edib.
“Hakimiyyət riskləri həqiqətən idarə edə bilməyəndə dövlət üçün təhlükə yaranır. Vəziyyət o həddə çatıb ki, hətta Arayik Arutyunyan da Nikol Paşinyanı günahlandırırı”, - deyə politoloq qeyd edib.
Ekspertin fikrincə, Arutyunyanın müsahibəsində bir neçə məqam var:
"Birincisi, ilk dəfə olaraq deyildi ki, Ermənistan Respublikasının baş nazirinin şəxsi qərarı və hərəkətləri nəticəsində "Arsax" belə bir vəziyyətə düşüb və Paşinyan "Arsax"ı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.
İkincisi, belə çıxır ki, Ermənistan hakimiyyəti danışıqlar prosesinin təfərrüatı ilə tanışdır və bəzi vədlər verib. İndi o vədlər yerinə yetirilmir. Bu baxımdan Qarabağdakı vəziyyət hazırkı duruma gəlib.
Yəni, Paşinyan üzərinə öhdəlik kimi götürdüyü lazımi kommunikasiyaları təqdim etməyib. Bu isə baş verənlərin birbaşa səbəbidir. Son olaraq nəticə göz qabağındadır, Arayik Arutyunyan Nikol Paşinyanı günahlandırmaqla ona “sarı vərəqə” göstərib".
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:55 / 09.08.2023
Arayik Arutyunyan Paşinyana “sarı vərəqə” göstərdi - Erməni politoloq
Hazırda oxunan: Arayik Arutyunyan Paşinyana “sarı vərəqə” göstərdi - Erməni politoloq
Hazırda oxunan: Arayik Arutyunyan Paşinyana “sarı vərəqə” göstərdi - Erməni politoloq
150101
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.