Premyer Liqa klubunda növbəti İSTEFA  

Hazırda oxunan: Premyer Liqa klubunda növbəti İSTEFA  

150096

Julen Lopeteqi “Vulverhempton”un baş məşqçisi postundan ayrılıb.   

Bizim.Media xəbər verir ki, mütəxəssis Premyer Liqada yeni mövsümün startına 6 gün qalarkən bu addımı atıb.  

Lopeteqi istefasının səbəbini rəhbərliyin qərarları ilə əlaqələndirib. Bir neçə aparıcı futbolçusunu satan, əvəzində heç bir transfer etməyən klubda anlaşılmaz durum yaranıb. Lopeteqi məhz bu durumda uğur qazanmağın çətin olacağını bildiyi üçün istefa verib.

O, qeyri-müəyyənlikdən bezdiyini deyərək ərizəsini yazıb. 

İki il “Portu”ya, bir o qədər müddətdə İspaniya yığmasına rəhbərlik edən Lopeteqi 2018-ci ildə “Real”ın baş məşqçisi olub. 3 il “Sevilya”da çalışan sabiq qapıçı 2022-ci ilin noyabrından “Vulverhempton”da idi. 56 yaşlı mütəxəssisin müqaviləsi gələn yay başa çatacaqdı. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin