Qarabağın erməni sakinlərinin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, bu barədə çəkilmiş görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.
Görüntülərdən aydın olur ki, Qarabağın erməni sakinləri növbəti dəfə qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə keçiblər.
Bizim.Media