“On gündən artıqdır ki, Laçın sərhəd keçid məntəqəsinin yaxınlığında erməni “TIR”ları “yatır”. Bu mənzərəni ilk dəfə görən adamda belə bir fikir formalaşır ki, bu avtomobillərdə insanlar üçün həyati əhəmiyyətli məhsullar yatıb qalır.
Və bu yardımı ala bilmədiklərinə görə neçə-neçə insan əziyyət çəkir. Əslində ermənilərin beynəlxalq aləm üçün yaratmaq istədikləri fon budur.
Halbuki, ermənilər istəsəydilər, həmin yükləri Ağdam-Əsgəran yolu ilə çoxdan Xankəndinə çatdırardılar. Amma ermənilər bunu etmirlər. Ona görə ki, onları Qarabağdakı etnik ermənilərin taleyi yox, Azərbaycanın antihumanist dövlət kimi tanınması maraqlandırır”.
Bizim.Media xəbər verir ki, bunu rusiyalı siyasi şərhçi Sergey Strokan “Moskva-Baku.ru” saytına açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
“Qərb Azərbaycanın müstəqil xarici siyasətini həzm edə bilmir” – Sergey Strokan
Onun sözlərinə görə, ermənilər bir həqiqəti unudurlar ki, istənilən PR və təbliğatın da öz məhdud imkanları var:
“Lakin bu imkanlar hələ də reallığı məğlub edə, real siyasi və ümumən sağlam düşüncəyə qalib gələ bilmir. Azərbaycanın “qeyri-insaniliyini” göstərmək üçün buraya xarici səfirlər və jurnalistlər gətirilir.
Onlar da susub dinləyir, yaxud başlarını tərpədərək diplomatik missiyalarını davam etdirməyə gedirlər.
Bu tip tamaşalardan və səfərlə heç nəyi dəyişmir və heç dəyişə də bilməz. Lakin, bu inanılmaz inadkarlıq sonda sülh müqaviləsinin imzalanma imkanlarını zəiflədir, proseslər uzanır. Çox təəssüf ki, Bakı ilə İrəvan arasında bugünkü sülh prosesinin əsas problemlərindən biri də bu cür layihələrdir”.
Surxay Atakişiyev, Bizim.Media