Süni intellekt texnologiyası insanların həyatına onlayn nəzarət edəcək

Hazırda oxunan: Süni intellekt texnologiyası insanların həyatına onlayn nəzarət edəcək

149970

Cənubi Avstraliya Universitetinin alimləri ilk dəfə sistemli şəkildə nümayiş etdirdilər ki, süni intellekt çatbotları sağlam qidalanmaya, sistemli yuxuya keçərkən insanın ən yaxın köməkçisi ola bilər.

Bizim.Media xarici mətbuata istinadən  xəbər verir ki, Cənubi Avstraliya Universitetində süni intellekt texnologiyasını təkmilləşdirən bir qrup alim bu dəfə çatbotu gündəlik istifadə üçün yararlı hala gətirib. 

Belə ki, yeni texnologiya istifadəçilərə fərdi və fəslə uyğun pəhriz proqramı təqdim edir, hər gün qəbul edilən qida miqdarına uyğun su miqdarı təyin edir və nə qədər idman etməli olduğunu müəyyənləşdirir.
 

Tədqiqatın baş həkimi Ben Sinqh qeyd edir ki, bu texnologiya gələcəkdə tibbi xidmət göstərə biləcək süni intellekt robotlarının prototipi hesab olunur.

Çatbota əlavə olunan daha bir funksiya onun xəstələrə ilkin psixoloji yardım göstərə bilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin