Təhsilsiz diş həkimləri MEYDAN SULAYIR – Bu sahəyə NƏZARƏT EDİLİRMİ?

Hazırda oxunan: Təhsilsiz diş həkimləri MEYDAN SULAYIR – Bu sahəyə NƏZARƏT EDİLİRMİ?

149960

Addımbaşı rast gəlinən stomotoloji kabinetlərin çoxluğu ciddi narahatlıq və narazılıq yaradır. Çünki, günbəgün artan bu kabinetlərdəki xidmətin keyfiyyəti çox aşağı olur. Hətta bu kabinetlərdə bəzən qeyri-profesionallar işləyir. Bu isə cəmiyyət üçün çox ciddi təhlükə yaradır.

Çünki, hazırda bir sıra yoluxucu xəstəliklər və hətta Hepatit C kimi qorxulu xəstəliklər naşı diş həkimlərinin səhlənkarlığı  üzündən yayılır.

Mövzu ilə bağlı stomotoloq Sevil Rəhmanova ilə həmsöhbət olduq. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, stomotoloji kabinetlərin durmadan artması sosial bəlaya çevrilib:
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusun dişlərə təsiri – HƏKİMDƏN AÇIQLAMA


“İmkanı olan kabinet açır. Bəziləri hətta lisenziya almadan fəaliyyət göstərir. Ən pisi də odur ki, kabineti işlədənlərin bir qismi təsadüfi adamlar olur.

Bunlar əsasən üç qrupa bölünür. Bir qrup şəxslər kimlərinsə yanında nəsə öyrənib, sonra da gəlib kabinet açır.

Digər bir qism isə texniki işçilərdir. Hardasa texniki bilik alır, sonradan həkimlik eşqinə düşür. Üçüncü qism insanlarsa xaricdə “təhsil alan”lardır. Gedib yaxın ölkələrin hansısa özəl universitetinə adını yazdırır. Sonra da gəlib deyir ki, mən ali təhsilli stomotoloqam”.

Sevil Rəhmanova onu da əlavə edib ki, təsadüfi adamların diş həkimi kimi işləməsinin cox qorxulu fəsadları var:

“Stomotolqlar əsasən insanın ağzında işləyir. Ağız boşluğu isə mikroblara və yoluxucu xəstəliklərə çox həssas olur. Ona görə də diş həkimləri xüsusi diqqətli olmalı, davamlı şəkildə strelizə edilmiş alət və vasitələrdən istifadə etməlidirlər. Əks təqdirdə qaynadılmamış alətlər vasitəsi ilə istənilən xəstəlik pasiyentə ötürülə bilər. 

Dövrümüzün bəlası olan Hepatit C-nin diş müalicəsi vasitəsi ilə keçməsi faktı günümüzün reallığıdır. Ona görə də təsadüfi adamların bu sahəyə axını gələckdə daha çox fəsadlar yarada bilər”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən Bizim.Media-ya bildirildi ki, təqdim etdiyimiz sorğuya ən qısa zamanda cavab veriləcək.

Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin