Sosial şəbəkələrdə Qubad İbadoğlunun işi ilə əlaqədar iqtisadçı Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb.
Bizim.Media xəbər verir ki, məlumatı DİN-in mətbuat xidmətindən "qafqazinfo.az"a təsdiqləyiblər.
Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən həbs olunaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, Q.İbadoğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham olunur.
Nərimanov Rayon Məhkəməsi siyasətçi barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:15 / 08.08.2023
Fazil Qasımov Qubad İbadoğlunun işi ilə bağlı SAXLANILDI - RƏSMİ
Hazırda oxunan: Fazil Qasımov Qubad İbadoğlunun işi ilə bağlı SAXLANILDI - RƏSMİ
Hazırda oxunan: Fazil Qasımov Qubad İbadoğlunun işi ilə bağlı SAXLANILDI - RƏSMİ
149917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.